Az
Eng
Ru
az
eng
ru
 
Xəbərlər
Yeni filialın açılışı

2011-ci il Yanvar ayının 28-i Biləsuvar rayonunda yeni nümayəndəlik açılmışdır. Bu Aqroinvestin sayca 9-cu, Biləsuvar rayonunda isə 3-cü nümayəndəliyidir. Yeni filial yerli əhalinin və məcburi köçkünlərin kredit ehtiyaclarını təmin etmək üçün açılmışdır.

Aqroİnvest və Agricole görüşü

Aprel ayının 4-ü Aqroivestin rəhbərliyi Agricole şirkətinin nümayəndələri - Dominik Veis və Paulin Anqos ilə görüş keçirmişdir. Görüşün əsas məqsədi Aqroinvestin son altı ayda qazandığı uğur və nailiyyətləri, həmçinin gələcək əməkdaşlığı müzakirəsi idi.

KIVA ilə əməkdaşlığımız

Aqroinvest Kiva ilə uzun illər davam edən əməkdaşlığını uğurla davam etdirir. Ivan Ledyaşov Kiva tərəfindən göndərilən sayca 5-ci əməkdaşdır. O, Azərbaycanda 3 ay müddətində yaşamış və iki təşkilat arasında əməkdaşlığın güclənməsinə yardım etmişdir. Səfərin əsas məqsədi Aztəminatlı ailələrə kömək, yoxsul insanların həyat rifahını qaldırmaq və onlara yüksək səviyyədə maliyyə xidməti etmək Aqroinvest üçün qürurvericidir.

Aqroinvestin sosial missiyasi

2011-ci il Aprel ayından etibarən Aqroinvest öz müştərilərinə daha yüksək keyfiyyətli xidmət etmək üçün kredit siyasətində dəyişikliklər etmişdir.

2010-cu il aparılan Sosial reytinqə əsaslanaraq insanlara daha yüksək keyfiyyətli servis edir. Aqroinvestin işçi heyəti ən yaxşı təcrübələrdən istifadə edərək iş rejimini qururlar.

Aqroinvest Kredit İttifaqi MFC konfransinda

Aqroİnvest Kredit İttifaqı 18-20 May 2011-ci il tarixlərində MFC-nin Praqada keçiriləcək 14-cü konfransında iştirak edəcəkdir.

İdarə Heyətinin sədri Əyyub Əhmədovun konfransda iştirakının əsas məqsədi yeni potensial partnyorlarla yeni əlaqələrin qurulması, həmçinin digər partnyorlarla əməkdaşlığın daha da gücləndirilməsidir.

Müstəqil audit hesabatı 2011

20 Aprel 2011-ci ildə müstəqil audit şirkəti RSM Kapital Karden İttifaqın maliyyə auditini başa vurmuşdur. Audit beynəlxalq maliyyə standartları səviyyəsində həyata keçirilmişdir. Audit RSM Kapital Karden şirkəti artıq ikinci ildir ki, Aqroinvest Kİ-ni auditdən keçirir.

Aqroinvest Kredit İttifaqın İdarə Heyyətinin Sədri Əyyub Əhmədov may ayında Kazaxstan, Astana şəhərində keçirilən MFC Konfransında iştirak etmişdir

Aqroinvest Kredit İttifaqın İdarə Heyyətinin Sədri Əyyub Əhmədov may ayında Kazaxstan, Astana şəhərində keçirilən MFC Konfransında iştirak etmişdir

İtaliyaın “Microfinanza Rating” şirkəti ilə imzalanmış müqaviləyə əsasən bu ilin iyul ayında Sosial və Maliyyə üzrə növbəti reyting keçirəcəkdir

İtaliyaın “Microfinanza Rating” şirkəti ilə imzalanmış müqaviləyə əsasən bu ilin iyul ayında Sosial və Maliyyə üzrə növbəti reyting keçirəcəkdir

AKİA xətti ilə trening kursu

İyunun 28-30 tarixləri arası AKİA xətti ilə “A” katigoriyasına daxil olmaq məqsədi ilə Kanadalı mütəxəssis tərəfindən treninq kursda İH Sədri, Baş mühasib, Daxili Audit, Kredit mütəxəssisi treynin kurslarda iştirak etmiş və sertifiktlar almışdır.

İyul ayında “AMFA” xətti ilə Aqroinvest Kredit İttifaqın işçiləri növbəti trening kursda iştirak edəcəklər

İyul ayında “AMFA” xətti ilə Aqroinvest Kredit İttifaqın işçiləri növbəti trening kursda iştirak edəcəklər.

Aqroinvest Kredit İttifaqında yeni mühasibatlıq programı istifadəyə verilmişdir
Aqroinvest Kredit İttifaqında yeni mühasibatlıq programı istifadəyə verilmişdir. İttifaqda o cümlədə yeni kredit məhsulu kriteriyaları hazirlanmışdır.
İyul ayında Aqroinvest Kredit İttifaqının Regional ofisində trening kursun keçirilməsi planlaşdırır

İyul ayında Aqroinvest Kredit İttifaqının Regional ofisində bütün nümayəndəliklərin kredit işçilərinə Risklər idarə olunması mövzusunda trening kursun keçirilməsi planlaşdırır.

Reytingin alınması

İtaliyanın mikrofinansa reytinq şirkəti tərəfindən yoxlanılmaqla “1 B” reytinq qiyməti alıb.

Proqram təminatı

İMS proqram təminatı və nümayəndəliklərlə Online sisteminə keçdi.

AqroInvest Ağsu və Bakı şəhərində Yeni Filialını Açdı
2009-cu il , Aprel in 4-ü AqroInvest Azərbaycanın mərkəzi hissəsində yerləşən Ağsu şəhərində yeni filialını açdı.
2009-cu il, Oktyabr ayının 25-i Bakı filialı açıldı.
Planet Finance AqroInvestə 200 000 ABŞ dolları dəyərində ikinci köçürməsini etdi

2009-cu ilin Mart ayının 30-da, Qlobal Portfelin və Dəstək fondunun başçısı Huiven Vu, PLANİS-in Kredit Komitəsi adından AqroInvest maliyyələşdirməsini və aprelin 1-də 200 000 ABŞ dolları kredit vəsaiti ayrılmasını təmin etdi. Bu Planet Finance-nın Aqroİnvestə etdiyi ikinci kredit köçürməsidir. Kredit tam ödənildi və yerli bank tərəfindən təsdiqləndi.

Beyker Tilly Audit Kompaniyası Aqroİnvest missiyasını yekunlaşdırdı

Dünyanın aparıçı maliyyə audit şirkətləri: “Baker Tilly”və “RFM Kapital Karden”tərəfindən audit yoxlanmasindan uğurla keçməsi.

AqroInvest 12 MFC Konfransında iştirak edir

AqroInvest Maliyyə Meneceri, Zülfiyyə Cəfərova Belqrad, Serbiyada keçirilən 12 MFC Konfransında iştirak etmişdir.2009-cu ilin May ayının 25-27-si ərzində ,Zülfiyyə xanım potensial investorlarımız Symbiotics və DWM olmaqla yanaşı bizim cari partnyorlarımız ilə də Oikocredit, Deutsche Bank və Blue Orchard ilə görüşlər keçirdi.

Aparıcı İnvestorlar ilə AqroInvest Əməkdaşlığı

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə İmişli, Saatlı, Lənkəran, Füzuli, Ağsu, Bərdə rayonlarında fəaliyyət göstərən sahibkarlara kiçik və orta həcimli kreditlər ayrılmışdır.

İmişli şəhərində Yeni Ofisinin tikintisi başa çatdırılmışdır

İmişli şəhərində 2 mərtəbəli, 200 kv/m Regional Mərkəz tikilməsi.AqroInvest Imişli şəhərində hökumətin razılığı əsasında yeni ofisi tikməyə başlamışdır. Layihə 2010-cu ilin əvvəlində başlanılacaqdır. Yeni bina maliyyə şöbəsini, arxivi, kredit komitəsini və kredit şöbələrini özündə cəmləşib.

Aqroİnvest İqtisadi inkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondundan kredit vəsaiti aldı

 

2009-cu ilin Mart ayının 19-u, İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondundan Sahibkarlığın inkişafı və yaxşılaşdırılması məqsədi ilə Aqroinvest Kredit İttifaqına kreditlə təmin etdi. AqroInvest 2006-cı ildən bəri İqtisadi inkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun partnyorudur
Mixmarket Aqroİnvest Kredit İttifaqını Xüsusi Sertifikatla təltif etdi

Mixmarket Aqroİnvest kredit İttifaqını Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası tərəfindən xüsusi şəhadətnamə ilə təltif edildi. Varşava mikromaliyyə mərkəzinin üzvü,Beynəlxalq Mix Market saytında 5 maksimal briliyanta layiq görülməsi, AMFA-ya üzv olması.

 
 
  © 2009 | AQROINVEST. All rights reserved