Aqroinvest Kredit Ittifaqı (Kİ) Məhdud Məsuliyyətli Cəmiyyət kimi 6 aprel 2001-ci ildə Imişli şəhərində təsis olunmuşdur.
Aqroinvest Kredit İttifaqı əlillərə və məcburi köçkün ailələrinə sosial məişət probləmlərinin həllinədə yaxından köməklik etmişdir. Kredit alanların 30% qədəri qadınlardır. Kredit almış hüquqi şəxslər 2 500 nəfərə yaxın insanları işlə təmin etmişlər.
Aqroinvest Kredit İttifaqı öz üzvlərinə aşağıdakı xidmətləri göstərir:
- KI öz üzvləri ödənilməli olan kapital payını və digər maliyyə mənbələrini cəlb edir, öz üzvlərinə divident verir;
- KI üzvlərinə sərfəli şərtlərlə kreditlər ayirir,digər maliyyə imkanlarından
istifadə etmək üçün şərait yaradır və bunun müqabilində müəyyən edilmiş ödəmə və faizlər alır;
- Bank fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq payçılara maliyyə xidmətləri üzrə məsləhətlər və qeyri-maliyyə xidmətləri üzrə köməklik edir;
- Bütün növ maliyyə məsələləri üzrə məsləhətlər verir və sənədləşmələrin aparılmasına köməklik edir;
- Biznes planların hazırlanması marketinq, kreditin idarəı olunması və s. üzrə təlimlər keçir və xidmətlər göstərir. |